Ucnoqta.az
www.ucnoqta.az

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

11:04 - 17 İyul 2023 tarixində dərc olunub.

Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib:

"İyulun 18-i gündüzədək yağıntıların kəsiləcəyi gözlənilir. İyulun 19 və 20-də əksər rayonlarda yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək".

Müəllif: Ucnoqta.az redaksiyası