Ucnoqta.az
www.ucnoqta.az

Suriya qaranlığa qərq olub

16:55 - 14 İyul 2023 tarixində dərc olunub.

Cümə günü səhər Dəməşq əyalətindəki Deyr Əli elektrik yarımstansiyasında baş verən yanğın nəticəsində Suriyanı işıqsız qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə SANA dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, yarımstansiyada transformator partlayıb, yanğın başlayıb, elektrik enerjisi kəsilib.

Qurumun məlumatına görə, mütəxəssislər elektrik enerjisinin verilişinin tez bir zamanda bərpası üçün mümkün olan hər şeyi edirlər. Təmir işlərinin gedişinə Ərəb Respublikasının elektrik enerjisi naziri Həsən əl-Zamil nəzarət edir.

Müəllif: Ucnoqta.az redaksiyası