Ucnoqta.az
www.ucnoqta.az

"Vaqner" hərbçiləri Belarusa gəlib

16:52 - 14 İyul 2023 tarixində dərc olunub.

"Vaqner" döyüşçüləri Mogilev vilayətində müdafiəni məşq edir

Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Telegram kanalında məlumat verilib. Bildirilir ki, Mogilyov vilayətinin Osipoviç şəhərindən bir qədər aralıda "Vaqner" döyüşçülərinin təlimatçı qismində çıxış etdiyi Belarusun ərazi müdafiə təlimləri keçirilir.

Dərslər yalnız şəxsi təcrübə və real vəziyyətlərin təhlili üzərində qurulur.

Belarus Müdafiə Nazirliyi izah edib ki, bu sahədə çağırışçılar döyüş meydanında hərəkət etmək və taktiki atıcılıq vərdişlərinə yiyələnir, mühəndis hazırlığı və taktiki tibb üzrə biliklər əldə edirlər.

Müəllif: Ucnoqta.az redaksiyası