Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Şuşada Vaqif Poeziya Günləri başlayır

15:14 - 14 İyul 2023 tarixində dərc olunub.

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

Ucnoqta.az xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyunun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq. Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

Müəllif: Ucnoqta.az redaksiyası