Fransa prezidenti Emmanuel Makron iyulun 14-də Milli Gün münasibətilə keçirilən hərbi parad zamanı fitə basılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, bəziləri Fransa liderini fitə basıb, bəziləri isə onu alqışlayıb.
Bundan əvvəl ölkədə minimum pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatının qəbulundan sonra Fransa hökuməti cəmiyyətdə tənqid edilib.
YouGov sosioloji xidmətinin məlumatına görə, respublika sakinlərinin 79%-i Fransa prezidentinin hərəkətlərini qeyri-qənaətbəxş hesab edib.