Ucnoqta.az
www.ucnoqta.az

Rada Gürcüstan prezidentini Saakaşvilini əfv etməyə çağırıb

14:26 - 14 İyul 2023 tarixində dərc olunub.

Ukrayna Ali Radası Gürcüstan prezidenti Salome Zurabişvilini keçmiş prezident Mixail Saakaşvilini əfv etməyə çağırıb

Ucnoqta.az xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak öz Teleqram kanalında bildirib.
“Rada Gürcüstan prezidenti Salome Zurabişviliyə və Aİ-yə üzv ölkələrin parlamentlərinə humanitar aktın həyata keçirilməsi və Gürcüstanın üçüncü prezidenti, Ukrayna vətəndaşı Mixail Nikolozoviç Saakaşvilinin əfv edilməsinin zəruriliyi ilə bağlı müraciət edib", - Jeleznyak yazıb.

Ukrayna parlamenti Zurabişvilini Ukrayna Ali Radasının insan haqları üzrə komissarının Saakaşviliyə çıxışı təmin etməyə, Gürcüstanın keçmiş prezidentini ağır fiziki vəziyyətə görə əfv etməyə çağırıb. Rada həmçinin Aİ ölkələrinin parlamentlərini Saakaşvilinin əfv edilməsinin zəruriliyi ilə bağlı müvafiq qərarlar qəbul etməyə çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası