Ucnoqta.az
www.ucnoqta.az

Kursk AES-dən bir neçə kilometr aralıda PUA partlayıb

12:22 - 14 İyul 2023 tarixində dərc olunub.

Rusiyada Kursk vilayəti Kurçatovda yaşayış binasının yaxınlığında partlayan təyyarə tipli PUA Kursk AES-dən bir neçə kilometr aralıda yerə düşüb

Ucnoqta.az xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib.

O, əlavə edib ki, PUA stansiyaya cəmi bir neçə kilometr qalmış partlayıb.

Kursk vilayətinin qubernatoru bildirib ki, hücum zamanı kritik obyektlərə ziyan dəyməyib, itki yoxdur. Onun sözlərinə görə, yaşayış binasının fasadı zədələnib, birinci mərtəbənin şüşələri sınıb.

Müəllif: Ucnoqta.az redaksiyası