Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə yeniyetmə itkin düşüb

10:02 - 14 İyul 2023 tarixində dərc olunub.

Gəncədə 14 yaşlı oğlan itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə iyulun 11-də Gəncə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, psixoloji xəstəliyi olan Fətəlixan Saleh oğlu Məmmədov yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası