Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın Təl-Əvivdəki diplomatik missiyasının qarşısında etiraz aksiyası keçirilir

23:15 - 13 İyul 2023 tarixində dərc olunub.

ABŞ-ın Təl-Əvivdəki diplomatik missiyasının qarşısında məhkəmə islahatlarına qarşı etiraz aksiyası keçirilir

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Benyamin Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatlarının bir neçə min əleyhdarı cümə axşamı axşam ABŞ-ın Təl-Əvivdəki səfirliyi qarşısında etiraz aksiyası keçirir.

Nümayişçilər demokratiyaya dəstək və məhkəmə islahatlarına qarşı şüarlar səsləndirərək Amerika diplomatik missiyasının ərazisində bəndi və küçələri bağlayıblar. “Yediot ahronot” qəzetinin məlumatına görə, oxşar aksiyalar Netanyahunun Qüdsdəki iqamətgahı yaxınlığında və Qeysəriyyədəki baş nazirin evində də keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası