Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə arıçı minaya düşüb

20:25 - 13 İyul 2023 tarixində dərc olunub.

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası