Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın Ukraynada itkiləri 236 mini ötdü

10:21 - 13 İyul 2023 tarixində dərc olunub.

Rusiya ordusu Ukraynada daha 510 hərbçisini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Həmçinin, ötən gün Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin 2 tank, 9 zirehli texnika, 23 artilleriya sistemi, 4 MLRS, 6 hava hücumundan müdafiə sistemi, 26 PUA, 17 maşın, 5 xüsusi texnikası məhv edib.

Bununla da Rusiya Silahlı Qüvvələrinin ümumi itkilərinin sayı 236040 nəfərə çatıb. 

Müəllif: Ucnoqta.az redaksiyası