Ucnoqta.az
www.ucnoqta.az

Yuxarı Qarabağ kanalında avtomobil suya düşüb

11:52 - 12 İyul 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Aran qəsəbəsi ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası