Ucnoqta.az
www.ucnoqta.az

DSX-nın daha bir əsgəri özünü güllələdi

18:48 - 11 İyul 2023 tarixində dərc olunub.

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Bu barədə Ucnoqta.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluqda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası