Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

22:06 - 10 İyul 2023 tarixində dərc olunub.

Cəlilabad rayonunda yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, avtomobilin aşması nəticəsində iki nəfər rayon sakini - 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıblar.

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası