Ucnoqta.az
www.ucnoqta.az

Sankt-Peterburqda güclü yanğın olub

07:36 - 10 İyul 2023 tarixində dərc olunub.

Sankt-Peterburqun Kalininski rayonundakı anbarda yanğın baş verib, 7 nəfər təxliyə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 İlkin məlumatlara görə, yanğın 3,5 min kvadratmetr ərazini əhatə edib.

Yanğının söndürülməsinə 110 nəfər və 27 texnika cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası