Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildə meyit aşkarlanıb

14:48 - 9 İyul 2023 tarixində dərc olunub.

FHN -nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası