Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ev yanıb, bir nəfər ölüb

09:20 - 9 İyul 2023 tarixində dərc olunub.

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 48 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır", - deyə qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası