Ucnoqta.az
www.ucnoqta.az

Taxıl sazişi ərzaq qiymətlərinin 23% azalmasına səbəb olub

20:46 - 7 İyul 2023 tarixində dərc olunub.

BMT taxıl sazişinin faydalarını açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. BMT bildirib ki, taxıl müqaviləsi 2022-ci ilin mart ayı ilə müqayisədə ərzaq qiymətlərinin 23% ucuzlaşmasına səbəb olub.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə taxıl sövdələşməsi, əsirlərin mübadiləsi və Ukraynanın NATO üzvlüyündə dəstəyini müzakirə etməyi planlaşdırdığını bildirib.

İyulun 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya taxıl müqaviləsinin davam etdirilməsi ilə bağlı qərarını vaxtında açıqlamaq niyyətindədir.

Müəllif: Ucnoqta.az redaksiyası