Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukraynanın "Su-25" təyyarəsini vurub

15:30 - 7 İyul 2023 tarixində dərc olunub.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Zaporojyedə Ukraynanın "Su-25" təyyarəsini vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində jurnalistlərə brifinq zamanı məlumat verilib. Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Zaporojyedə Ukraynaya məxsus Su-25 təyyarəsini vurduğunu bildirib.

 Hadisə Odarovka qəsəbəsi ərazisində baş verib. Həmçinin gün ərzində HIMARS və Uraqan çoxsaylı buraxılış raket sistemlərinin 21 raketi ələ keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası