Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Ukraynaya 800 milyon dollarlıq hərbi yardım edir

12:58 - 7 İyul 2023 tarixində dərc olunub.

İyulun 7-də ABŞ hakimiyyəti Ukraynaya minlərlə kasetli sursatın daxil olduğu növbəti hərbi yardım paketini elan edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, Kiyev üçün yeni yardım paketinin həcmi 800 milyon dollar qiymətləndirilir.

ABŞ prezidenti Co Bayden Kiyevə kaset sursatlarının tədarükünü təsdiqləyib.

Müəllif: Ucnoqta.az redaksiyası