Ucnoqta.az
www.ucnoqta.az

Daha 770 rusiyalı hərbiçi həlak olub

10:04 - 4 İyul 2023 tarixində dərc olunub.

Rusiya ordusu Ukraynada daha 770 hərbçisini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Həmçinin, ötən gün Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin 2 tank, 9 zirehli texnika, 2 artilleriya sistemi, 6 MLRS, 3 hava hücumundan müdafiə sistemi, 29 PUA, 9 maşınını məhv edib.

Bununla da Rusiya Silahlı Qüvvələrinin ümumi itkilərinin sayı 231030 nəfərə çatıb. 

Müəllif: Ucnoqta.az redaksiyası