Ucnoqta.az
www.ucnoqta.az

Xorvatiyalı futbolçu Ronaldo komandası ilə müqavilə imzalayıb

18:02 - 3 İyul 2023 tarixində dərc olunub.

Xorvatiya millisinin yarımmüdafiəçisi Marselo Brozoviç "İnter"dən "Əl-Nəsr"ə keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat verib.

Məlumata görə, xorvatiyalı Səudiyyə klubu ilə müqavilə imzalayıb. “İnter” futbolçusu üçün 18 milyon avro alıb.

Brozoviç 2015-ci ildən "İnter"in oyunçusudur. Ötən mövsüm xorvatiyalı 40 matçda iştirak edib, o, üç qol vurub və altı məhsuldar ötürmə edib.

Transfermarkt-ın məlumatına görə, Brozovic-in bazar dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.

Müəllif: Ucnoqta.az redaksiyası