Ucnoqta.az
www.ucnoqta.az

“Neftçi” bu gün “Zenit”lə qarşılaşacaq

12:21 - 1 İyul 2023 tarixində dərc olunub.

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” bu gün “Match TV” beynəlxalq turnirində ilk oyununu keçirəcək. “Ağ-qaralar”ı doğma divarlar arasında “Zenit” qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, Sankt-Peterburqdakı “Gazprom Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası