Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda tarixi qoruq ərazisində çürümüş meyit aşkar edildi

15:52 - 27 İyun 2023 tarixində dərc olunub.

İyunun 26-da Qaradağ rayonu ərazisində yerləşən “Qobustan milli tarixi-bədii qoruğun” ərazisində çürümüş insan meyiti aşkar olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, fakt üzrə Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası