Ucnoqta.az
www.ucnoqta.az

53 yaşlı kişi toyda bacısı oğlunu bıçaqlayıb

09:56 - 27 İyun 2023 tarixində dərc olunub.

Xaçmazda keçirilən toyda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Baxışov Murad Baxışəli oğlu bacısı oğlu, 1993-cü il təvəllüdlü Bayramov Elyar Cəfər oğlunu bıçaqlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Murad Baxışovun əvvəllər məhkumluq həyatı yaşayıb.

Müəllif: Ucnoqta.az redaksiyası