Ucnoqta.az
www.ucnoqta.az

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib

16:23 - 26 İyun 2023 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) yeddi yüksək vəzifəli İran vətəndaşına insan haqlarının pozulması ittihamı ilə sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.

Sənədə əsasən, İrana qarşı 9-cu sanksiya paketi çərçivəsində məhdudlaşdırıcı tədbirlər İsfahan əyalətinin baş prokuroru Seyid Məhəmməd Musəviana və məhkəmə sisteminin digər nümayəndələrinə, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə qarşı tətbiq edilib.

Müəllif: Ucnoqta.az redaksiyası