Ucnoqta.az
www.ucnoqta.az

Kuleba Blinkenlə müzakirə aparıb

20:41 - 24 İyun 2023 tarixində dərc olunub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyadakı vəziyyəti və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Twitter-də məlumat verib. 
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Kiyev hələ də amerikalı tərəfdaşlarının davamlı dəstəyi ilə öz ərazisində əks-hücum məqsədlərinə nail olmağa diqqət yetirib.

Müəllif: Ucnoqta.az redaksiyası