Ucnoqta.az
www.ucnoqta.az

Estoniya Rusiyadakı vəziyyət fonunda sərhəd təhlükəsizliyini gücləndirir

14:22 - 24 İyun 2023 tarixində dərc olunub.

Estoniya sərhədlərinin təhlükəsizliyini gücləndirib və ölkə vətəndaşlarını "Vagner" hərbi dəstəsinin rəhbəri Yevgeni Priqojinin üsyan cəhdi fonunda Rusiyaya getməməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, bunu Estoniyanın baş naziri Kaya Kallas deyib.

“Sizi əmin edə bilərəm ki, ölkəmiz üçün birbaşa təhlükə yoxdur. Sərhəd təhlükəsizliyi gücləndirilib”, - Kallas tvitter hesabında yazıb.

O qeyd edib ki, Estoniya hakimiyyəti Rusiyadakı vəziyyəti diqqətlə izləyir və müttəfiqlərlə məlumat mübadiləsi aparır. Kallas estoniyalıları “Rusiyanın heç bir hissəsinə səyahət etməməyə” çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası