Ucnoqta.az
www.ucnoqta.az

Bakıda polis əməkdaşını avtomobil vurub

07:37 - 24 İyun 2023 tarixində dərc olunub.

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1997-ci il təvəllüdlü Kazımov Sahib Rasim oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır. Qeyd edək ki, xəsarət alan şəxs polis əməkdaşıdır.

Müəllif: Ucnoqta.az redaksiyası