Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə fermada yanğın olub

16:01 - 23 İyun 2023 tarixində dərc olunub.

Ağcabədi rayonunda fermada yanğın olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Cəfərbəyli kəndində ferma ərazisində ümumi sahəsi 160 m² olan qamış və taxta konstruksiyadan ibarət tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası