Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda avtobusun iştirakı ilə ağır qəza: Xəsarət alanlar var - VİDEO

11:14 - 23 İyun 2023 tarixində dərc olunub.

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında rayonun Mehdiabad qəsəbəsində baş verib. 

Hadisənin görüntülərini əks etdirən paylaşımlardan aydın olur ki, qəza zamanı “Isuzu” markalı avtobusla “Volkswagen” markalı avtomobil toqquşub.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Ağır yol-nəqliyyat hadisəsinin görüntülərini təqdim edirik:

Müəllif: Ucnoqta.az redaksiyası