Ucnoqta.az
www.ucnoqta.az

64 yaşlı qadın yanan evində öldü...

10:45 - 23 İyun 2023 tarixində dərc olunub.

Bu gün Goranboy rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Nizami kəndində fərdi yaşayış evində qısaqapanmadan yanğın başlayıb.

Hadisə nəticəsində ev sahibi olan 1959-cu il təvəllüdlü Maya Yusifova vəfat edib. Onun evi tərk etmək istəyərkən tüstüdən boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası