Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Britaniya parlamentinin üzvləri ilə görüşüb

22:31 - 22 İyun 2023 tarixində dərc olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Britaniya parlamentinin Lordlar və İcmalar palatalarının üzvləri ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter hesabında məlumat verilib.

Qeyd edilib ki, görüşdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib.

Nazir parlamentarilərə regionda baş verən yeni reallıqlar barədə məlumat verib.

Müəllif: Ucnoqta.az redaksiyası