Ucnoqta.az
www.ucnoqta.az

Messi Mbappeyə karyerasını davam etdirmək üçün klub tövsiyə edib

16:28 - 22 İyun 2023 tarixində dərc olunub.

Messi Mbappeyə "Barselona" və ya "Real Madrid"ə keçməyi məsləhət görüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Defensa Central yazıb.

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi keçmiş Paris Saint-Germain komanda yoldaşı Kilian Mbappeyə peşəkar karyerasının inkişafı ilə bağlı məsləhətlər verib.

“"Barselona"ya getməyini üstün tuturam, amma "Real Madrid"ə getmək istəyirsənsə, o zaman bunu et, həqiqətən yaxşı bir layihəyə layiqsən. Sən qalibsən”, - Messi deyib.

Müəllif: Ucnoqta.az redaksiyası