Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən Yusifin Varşavada meyiti tapıldı

14:33 - 22 İyun 2023 tarixində dərc olunub.

Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.

Bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb:

“Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.

Qeyd edək  ki, Y.Həsənov itkin kimi axtarılırmış.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası