Ucnoqta.az
www.ucnoqta.az

Latviya döyüş helikopterlərini Ukraynaya təhvil verəcək

18:13 - 21 İyun 2023 tarixində dərc olunub.

Latviya bütün helikopter parkının Ukraynaya təhvil verilməsini başa çatdırmağa hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bunu hazırda Londonda keçirilən Ukraynanın bərpasına dair konfransda Latviyanın baş naziri Krisyanis Karins deyib.

Onun sözlərinə görə, Latviya heç vaxt Rusiya ilə bağlı illüziyaları özündə saxlamayıb, ona görə də hələ 2021-ci ilin noyabr-dekabr aylarında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamazdan bir neçə ay əvvəl bütün Amerikalı Stinqerin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi qərara alınıb. 

"Biz birlikdə dayanacağıq. Biz Ukraynanın yanında olacağıq... və sonda qalib gələcəyik. Yaşasın Ukrayna!" - Karins bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası