Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə 5 tondan çox narkotik yandırıldı - “Xaş-xaş-2023”

11:11 - 21 İyun 2023 tarixində dərc olunub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası