Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda kişi 20 yaşlı arvadını öldürüb, 8 aylıq qızına xəsarət yetirib

20:01 - 20 İyun 2023 tarixində dərc olunub.

Abşeronda 20 yaşlı qadın öldürülüb, azyaşlı uşağa xəsarət yetirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iyunun 20-də saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi və 8 aylıq qızının da xəsarət alması ilə bağlı barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Hüseyinli Fərid Firdövsü oğlu daha sonra kəsici alətlə özünə xəsarət yetirib.

8 aylıq körpə və atası xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası