Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadının bank hesabından 2000 manat oğurlanıb

13:31 - 19 İyun 2023 tarixində dərc olunub.

Bakıda qadının bank kartının hesabından oğurluq edilib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 12-də Bakı şəhər sakini olan bir qadının bank kartından hesabındakı 2000 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası