Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlanıb - FOTO

11:11 - 19 İyun 2023 tarixində dərc olunub.

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar.

Müəllif: Ucnoqta.az redaksiyası