Ucnoqta.az
www.ucnoqta.az

Sərgən Yalçın “Neftçi” ilə razılıq əldə edib

10:53 - 19 İyun 2023 tarixində dərc olunub.

Türkiyəli məşqçi Sərgən Yalçın “Neftçi” ilə razılıq əldə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə onun köməkçisi Murat Şahin “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişində məlumat verib.

O bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Qeyri-adi nə isə baş verməsə, Sərgən Yalçın yaxın günlərdə Azərbaycan təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Müəllif: Ucnoqta.az redaksiyası