Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda 4 tondan artıq çətənə bitkisi məhv edildi

09:12 - 16 İyun 2023 tarixində dərc olunub.

Ağdamda 4 tondan artıq çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitən, çəkisi 4 tondan artıq olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası