Ucnoqta.az
www.ucnoqta.az

Laçına növbəti köç başlayır

07:11 - 14 İyun 2023 tarixində dərc olunub.

Bu gün Laçın şəhərinə növbəti köç başlayır.

APA xəbər verir ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönür.

Köç saat 07:00-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınır.

Xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası