Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda mazutluq və məişət tullantıları olan ərazi yanır

18:49 - 12 İyun 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutluq və məişət tullantıları olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası