Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda ağaclıq ərazidə yanğın başlayıb

14:53 - 7 İyun 2023 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası