Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda məktəbli qız qaçırıldı

18:09 - 6 İyun 2023 tarixində dərc olunub.

Salyan rayonunda məktəbli qız qaçırılıb. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirilib ki, qızın atası tərəfindən polisə müraciət daxil olub:

“Bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, qızının həmkəndlisi tərəfindən ailə qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır”.

Müəllif: Ucnoqta.az redaksiyası