Ucnoqta.az
www.ucnoqta.az

Dövlət Neft Fondunda yoxlamalar aparılır

17:24 - 6 İyun 2023 tarixində dərc olunub.

Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib.

Qeyd edilib ki, Hesablama Palatasının 2023-cü il üzrə iş planına uyğun olaraq Dövlət Neft Fondunda kənar dövlət maliyyə nəzarəti tədbirləri davam etdirilməkdədir.

Müəllif: Ucnoqta.az redaksiyası