Ucnoqta.az
www.ucnoqta.az

Beyləqanda yataqxana binasında yanğın olub

16:35 - 4 İyun 2023 tarixində dərc olunub.

Beyləqan şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 86 m² olan 3 otaqlı mənzilin bir otağının tavanı 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası