Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda futbol üzrə II Divizion yaradılıb

21:37 - 3 İyun 2023 tarixində dərc olunub.

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib.

“Report”un məlumatına görə, iclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb.

Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Müəllif: Ucnoqta.az redaksiyası