Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılaraq öldü

10:38 - 3 İyun 2023 tarixində dərc olunub.

Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb.

 Nərimanov rayon ərazisində 1938-ci il təvəllüdlü Kamil Cəbiyev yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.

Xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Araşdırma aparılır.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası